"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva izləyicilərinə əsəbiləşib.

Unikal.org axşam.az-a istinadən bildirir ki, rəssam Ergin İnanın əsərini səhifəsində paylaşan keçmiş müğənnini ona yazılan tənqidlər özündən çıxarıb.

Safurə bildirib ki, rəssam onu izləyir və tənqidləri də oxuyur:

"O, Türkiyənin ən tanınmış rəssamlarından biridir. Başa düşmürsünüzsə, şərh yazmayın, ayıbdır. Sonra da deyirsiniz şərhləri niyə bağlayıram. Bu da sizə cavabım".

Safurə tənqidlərə görə bütün paylaşımında şərh bölməsini bağlı saxladığını bildirib.

Qeyd edək ki, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan Safurə Türkiyədə yaşayır. Cütlüyün iki övladı var.