Azərbaycanda çayda boğulan 2 gəncin videosu yayılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, video bir neçə il öncə Lerik rayonundakı "Hacı şəlalə"sində çəkilib. 

Belə ki, gənclərdən biri çayda üzərkən boğulmağa başlayır. Həmin vaxt ətrafda onu telefonla çəkən dostları onun boğulduğunu görüb qışqırırlar. Bu zaman digər bir gənc onu sudan çıxarmaq üçün çaya girəndə o da boğularaq həyatını itirir. Sonradan hadisə yerinə FHN xilasediciləri gəlsə də, gec olur. Xilasedicilər hər iki gəncin cəsədini sudan çıxarırlar.

Famil Fərhadoğlu