29 sentyabrda iş adamı Hakan Başla nikah masasına oturacaq aktrisası Bensu Soralın toy dəvətnaməsinin fotoları sosial şəbəkələrdə yayılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beşiktaş istiqamətində yerləşən otellərdən birində baş tutacaq gecədə Bensunun hərəsi 100 min lirə (təxminən 28 min AZN) dəyərində olan iki gəlinlik geyinəcəyi bildirilir.

Məlumata görə, 500 nəfərin dəvət olunduğu toy hazırlıqları üçün Hakan 750 min lirə (təxminən 210 min AZN) xərclədiyi vurğulanır.