Məşhur amerikalı aktrisa Suzen Braun vəfat edib.

Unikal.org  Axşam.az-a istinadən xəbər verir ki, o, 87 yaşında dünyasını dəyişib.

Braunun vəfatı xəbərini icraçı prodüser Frenk Valentini yayıb. 

Qeyd edək ki, Suzen Braun aktrisalıq karyerasına 1977-ci ildə başlayıb. Aktrisa Azərbaycan tamaşaçısına "Santa-Barbara serialında Viktoriya Leynin anası kimi oynadığı Canet Leyn obrazından tanışdır. Bir çox film və seriallara çəkilən aktrisa son olaraq "Baş xəstəxana ekran işində rol alıb.