Türkiyəli yazıçı Selen Pınar Işıkın həyat yoldaşı Sərhat Osman Karagöz gecə klublarının birində döyülüb.

Unikal.org  Türkiyə mətbuatına istinadən məlumat verir ki, Selen tvitter hesabında paylaşım edib və həyat yoldaşını döyənlərə təşəkkürünü bildirib:

"Dünən məkanlardan birində həyat yoldaşımı döyüblər. Məkan haqda sərt fikirlər yazmaq istəyərdim, amma onu döyənlərə təşəkkür edirəm. Allah razı olsun.

Qeyd edək ki, ikili bir müddət əvvəl boşanmaq üçün məhkəməyə baş vurmuşdu. Lakin sonradan barışmışdı.