Türk kino sevərlərinin"Bulut Aras"olaraqtanıdığı məşhur aktyor, oğlunun toyunda görüntülənib.

Unikal.org xəbər verir ki, Türkan Şoray iləbaş rol oynadığı "Sultan" filmi iləyaddaşlarda qalmağı bacaran və "Tatlı Nigar", "Minik Serçe" və"Kabadayı" kimi filmləri ilə məşhurluq qazanan Yeşilçamın məşhur aktyoru Bulut Aras, oğlu Onur Destan Fidanı evləndirib.

Usta aktyor ''Bizim filmdə rol almağımız üçün xüsusi ssenarilər olurdu. İndiki bütün aktyorlar bir-birinəbənzəyirlər, amma çox bacarıqlıdırlar. Biz küçədən bu sənətə gəldik. Onlar təhsilli" deyib.