Türkiyəli məşhur müğənni Ebru Gündeş Bakıya gəlir.

Unikal.org-un məlumatına görə, sənətçinin səfərinin məqsədi solo konsertdir.

Tədbir 3 noyabr tarixində Heydər Əliyev Sarayında baş tutacaq.

Qeyd edək ki, Gündeş sonuncu dəfə paytaxtımıza ötən ilin sentyabrında gəlmişdi. O, burada keçirilən toy məclisinə qatılmışdı.