5 qat dünya çempionu Ehram Məcidovun qayınatasını döydüyünə görə həbs olunmasının təfərrüatı məlum olub.

"Neftçi İSM-dən Unikal.org-a verilən məlumata görə, Ehram Məcidov bir müddət əvvəl həyat yoldaşı ilə boşanıb. 

Bildirilib ki, bir neçə gün bundan əvvəl Binəqədi rayonu İcra şöbəsində övladları ilə görüş keçirilib. Sözügedən görüşə övladlarının ana nənəsi və babası da gəlib. Bundan sonra nənə və baba E.Məcidovun övladları ilə görüşməsinə mane yaradıblar. Onlar E.Məcidovu uşaqlarının yanında təhqir etməyə başlayıblar. Bundan sonra E.Məcidovla keçmiş qayınatası arasında münaqişə yaranıb və dava olub.

Aygün İlqarqızı