Biləsuvar rayonunda aktyorun xəsarət almasının bəzi təfərrüatları məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, toyda iştirak edən Mahir Mirişli ilə mərasim zamanı bir neçə şəxs arasında mübahisə yaranıb. Toy sahiblərinin köməyi ilə mübahisə edən şəxslər sakitləşdirilib. Daha sonra mübahisə edən şəxslər M.Mirişlini evindən çağıraraq, ona çənə nahiyəsindən kəsici-deşici alətlə xəsarət yetiriblər. Hazırda M.Mirişlinin vəziyyəti sabitdir.

*** 
14:10 
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mahir Mirişli aktyordur, bir sıra kino və teleseriallarda çəkilib. O, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır və Biləsuvarda qohumlarından birinin toy mərasimində iştirak edirmiş.

Faktla bağlı araşdırma aparılır.