İspaniya millisinin müdafiəçisi Serxio Ramos bu gün UEFA Millətlər Liqasında İngiltərə ilə səfərdə oynayacaqları matçdan əvvəl açıqlama verib.

Unkal.org xarici mətbuata istinadən xəbər verir ki, "Realın kapitanı Çempionlar Liqasının son finalında "Liverpulun futbolçusu Məhəmməd Salahın zədələnməsinə görə ingiltərəli azarkeşlərin reaksiyasından narahat olmadığını deyib:

"Salahı zədələmək istəməmişdim. Həmin oyunda etdiklərim barədə vicdanım rahatdır, gecələri rahat şəkildə yata bilirəm. İngiltərəli azarkeşlərin futbolçulara layiq olduqları şəkildə davrandıqlarını bilirəm. Onların reaksiyasından narahat deyiləm.

Ramos Çempionlar Liqasının final matçında Salahı zədələyib. Bundan sonra Salah oyunu vaxtından əvvəl - 30-cu dəqiqədə tərk etməli olub. Oyun "Realın 3:1 hesablı qələbəsi ilə başa çatıb.