ABŞ yığmasının sabiq futbolçusu Cermeyn Cons karyerasını bitirib.

Unikal.org xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. O, "instaqramda belə yazıb:

"18 ildən sonra xudahafizləşirəm. Mənə tamamilə aydındır ki, getmək üçün ən uyğun vaxtdır. Fikirləşmək üçün bir-iki ay vaxtım oldu.

Bu illər ərzində mənə inanan məşqçilərə və komanda yoldaşlarıma təşəkkür edirəm. Xüsusi təşəkkür isə daim mənə dəstək verən azarkeşlərədir.

Consun son klubu "Los-Anceles Qalaksi olub. O, Bundesliqada müxtəlif klubların heyətində 165 oyun keçirib. Cermeyn ABŞ yığmasının formasını 69 oyunda geyinib.