"Səni deyirlər fləşmobuna falçı Bayram Nurlu da qoşulub.

Unikal.org xəbər verir ki, məşhur falçı rəqs görüntülərini instaqramda paylaşıb. Bayram Nurlu toyda iki xanımla "Səni deyirlər mahnısının sədaları altda rəqs edib.

Qeyd edək ki, İranda yaşayan Cənubi azərbaycanlıların "Səni deyirlər" rəqs fləşmobu son günlər sosial şəbəkələrdə fenomenə çevrilib. Bu fləşmobun Urmiya gölünün qurudulmasına etiraz olaraq başladıldığı iddia edilir.