"Mançester Yunayted" klubunun rəhbərliyi Joze Mourinyonun ayrılacağı təqdirdə, komandanın "sükanı arxasına" Zinəddin Zidanı gətirməyi düşünür.                Unikal.org komanda.az-a istinadən xəbər verir ki, Zidan MY-yə gələcəyi halda, alınacaq futbolçuların siyahısını hazırlayıb. Bu barədə İngiltərənin "The Mirror" nəşri məlumat yayıb. Xəbərdə Zidanın baş məşqçi postuna təyin olunsa, ilk növbədə Toni Kroos, Tyaqo Alkantara, Xames Rodriqes və Edinson Kavanini "qırmızı şeytanlar"a gətirəcəyi bildirilib.Zidan "Real"ı 3 il ardıcıl olaraq Çempionlar Liqasının qalibi etdikdən sonra komandadan ayrılmışdı.