"Arsenalın futbolçusu Hektor Belerin geyim tərzinə görə onu tənqid edənlərə cavab verib.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu tənqidlərə görə sosial şəbəkə hesablarını bağlamaq istədiyini deyib:

"Bəzi insanlar mənə qarşı çox aqressivdir. Bəzən təhqir edirlər. Bunların da çoxu sosial şəbəkə hesabları üzərindən gəlir. Hətta stadiondan qışqıranlar da var. Geyim tərzim və saçım onları narahat edir. Bir il əvvəl də belə səbəblərdən sosial şəbəkə hesablarımı dondurmuşdum. Belə getsə, yenə hesablarımı donduracam.