"Qalatasarayın sabiq futbolçusu Sabri Sarıoğlu karyerasını bitirib.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. 15 il "Qalatasarayda forma geyinən Sabri, "sarı-qırmızıların heyətində 357 rəsmi qarşılaşmada iştirak edib.

Sabri son olaraq Super Liqa təmsilçisi "Göztəpədə forma geyinib.

Müdafiəçi 44 dəfə də Türkiyə milli komandasının heyətində çıxış edib.