Həyəcanla gözlənilən "Çukur" serialının yeni mövsüm üçün çəkilişləri başlayıb.

Unikal.org bildirir ki, Karakuzular qruplaşmasının yer aldığı ilk video çarx həyəcanı daha da artırıb. Bu günlərdə isə yeni fotolar yayılıb.

Serialın yeni mövsümünün ikinci video çarxı "TouToube" portalında 4 milyon insan tərəfindən izlənilib. Aktyor Berkay Atəş Mahsun, Erkan Avcı isə Çeto obrazını canlandırır. Onlar hər ikisi Koçovalıların düşməni Karakuzular qruplaşmasına aiddirlər.

Cumali obrazının isə hansı aktyora həvalə olunduğu hələ də sirr olaraq qalıb.