Belə getsə, Avropa futbolunda gəlir gətirən bütün qarşılaşmalar ABŞ-da keçiriləcək. İspaniya çempionatının bir neçə qarşılaşmasının okeanın o tayında keçiriləcəyi bəllidir.

Unikal.org xəbər verir ki, UEFA Çempionlar Liqasının finalının da ABŞ-da keçirilməsinin əleyhinə deyil. Bu barədə məlumatı İspaniyanın iri media şirkəti "Mediapronun təsisçisi və direktoru Hamu Rourеs verib. O bildirib ki, ÇL-in 2021-ci ildəki finalı Nyu-Yorkda keçirilə bilər.

Artıq bu ideyanı reallaşdırmaq üçün danışıqlar başlayıb və müxtəlif variantlar müzakirə olunur.

Qeyd edək ki, 2019-cu ildə ÇL-in finalı Madriddə, 2020-ci ildə isə İstanbulda keçiriləcək.