Yunan-Roma güləşi üzrə yığmamız Göygöl Olimpiya Kompleksində təlim-məşq toplanışını davam etdirir.

Unikal.org xəbər verir ki, sentyabrın 2-də başlayan hazırlıq prosesi ayın 15-dək davam edəcək.

Millimizin baş məşqçisi Şaban Donat toplanışla bağlı AGF-nin saytına açıqlama verib:

"Hazırlıqlar plan üzrə gedir. Göygöldə keçirdiyimiz bundan öncəki təlim-məşq toplanışında fiziki hazırlığa daha çox diqqət ayırmışdıq. İndi taktiki-texniki çalışmalara üstünlük veririk. Ancaq yalnız zalda yox, açıq havada da məşqlərimiz olur. Komandada vəziyyət yaxşıdı. Ab-hava yüksəkdi. Sentyabrın ortalarında Belarusda keçiriləcək Oleq Karavayevin xatirə turnirində çatışmazlıqları aşkara çıxaracağıq. Daha sonra həmin çatışmazlıqlar üzərində işləyəcəyik. Dünya çempionatına yaxşı hazırlaşıb, Azərbaycanı ən yaxşı şəkildə təmsil edəcəyik. Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, yarışlara yüksək səviyyədə hazırlaşmaq üçün lazım olan şəraiti yaradıb.

Mütəxəssis güləşçilərimizdən yalnız birinin zədəli olduğunu dedi: "Hazırda yığma üzvlərindən yalnız Rəsul Çunayev aramızda deyil. O, indi Türkiyənin Antalya şəhərində bərpa prosesi keçir. Dünya çempionatına kimi sıralarımıza dönəcəyi gözlənilir.