Bu il oktyabrın 5-dən 28-nə qədər Bakının Xətai rayonunda, Nobel prospekti, 23 ünvanında ("A.M.A.Y Holdinq MMC-nin ticarət mərkəzində) keçirilməsi planlaşdırılan Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkasının yeri dəyişdirilib.

Unikal.org Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarka paytaxtın Nərimanov rayonunda, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində) təşkil olunacaq.