Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Binəqədi Rayon Polis İdarəsi tərəfindən həbs olunan 5 qat dünya çempionu Ehram Məcidovun hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Unikal.org xəbər verir ki, mətbuat konfransı İsrail-Azərbaycan huquq mərkəzinin, "Xocalı Global Promotion"un şirkətinin dəstəyi ilə təşkil olunub. Tədbirdə çıxış edənlər Ehram Məcidovun necə vətənpərvər, idmançı olmağından, vtən qarşısındakı xidmətlərdən danışıblar. İsrail-Azərbaycan huquq mərkəzinin rəhbəri, Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin hüquq eksperti İsmayıl Zalov Ehram Məcidovun həbs olunmasının qanunsuz olduğunu bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, kimliyindən asılı olmayaraq hər bir valideyinin övladları ilə görüşmək hüquq var:

"Ehram Məcidov 3 ilə yaxın bir müddətdir ki, həyat yoldaşından ayrılıb. Onun azyaşlı 2 övladı var. Məhkəmənin çıxardığı qərara əsasən, uşaqlar anada qalmalı imiş və ata ilə görüşə icazə verilmirmiş. Lakin Ehramın bu məsələ ilə bağlı kassasiya şikayəti sonradan təmin olunub.

Belə ki, Ali Məhkəmə övladların ata ilə görüşünə icazə verib. Sentyabrın 1-də Binəqədi İcra Nümayəndəliyində ata və övladları arasında görüş baş tutub.
Orada Ehram övladlarının gözü qarşısında keçmiş qayınatası Bəhruz Dilbazi tərəfindən təhqir olunub. Ehram da təhqirlərə dözə bilməyib, bir-birlərini itələyiblər. Sonradan həmin insanlar Ehramdan polisə şikayət ediblər. Deyirlər güya Ehramın üzərində soyuq silah hesab edilən beşbarmaq olub, yalandı. Ancaq Binəqədi RPİ-də cinayət məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb, dünya çempionu məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs qismində həbs edilib və Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunu da şahid kimi dindiriblər. O da Ehramın təhqir olunduğunu bildirib.
Hadisədən sonra idmançının qayınatası Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətlədirilir.

Qeyd edək ki, Ehram Məcidov "Xocalı Global Promotion"un prezidentidir.