Rai musiqisinin Əl-Cəzair əsilli ifaçısı Raçid Tahadünyasını dəyişib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, o, Fransanın paytaxtı Parisdə infarkt keçirərək vəfat edib.

Bu barədə sənətçinin ailəsi məlumat verib. Onlar 59 yaşlı Tahanın evində yatarkən infarkt keçirərək öldüyünü qeyd ediblər.

Xatırladaq ki, Raçid1990-cı illərdə "Ya Rayah", "Abdel Kader" və "Ida" kimi mahnıları il məşhurluğunun zirvəsinə yüksəlmişdi. Bildirilir ki, Taha yeni bir albom üzərində çalışmış və 2019-cu ilin əvvəlində yeni albomu ictimaiyyətə təqdim etməyi planlaşdırırmış.