Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 14-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək. 

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Şirvan "Gənclər evində (Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Şirvan (055-3334004), Hacıqabul (055-2574790), Neftçala (050-3204242), Saatlı (055-2115650),  Sabirabad (050-2068677), Salyan (055-2006665) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.