Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt çəkisizlik şəraiti olan xüsusi təyyarədə qüvvəsini sınayıb.

Unikal.org xəbər verir ki, 32 yaşlı yamaykalı sprinter iki kosmonavtla yarışıb və nəticədə onlara qalib gəlib.

Qeyd edək ki, 2017-ci il dünya çempionatından sonra sprinter karyerasını başa vuran Bolt bu ilin iyulunda Avstraliyanın yüksək dəstəsində çıxış edən "Sentral Kost Mariners futbol klubu ilə anlaşıb.