SON XƏBƏRLƏR
24 Sentyabr 2018
23 Sentyabr 2018
“Biz rəqabət tərəfdarıyıq" - ABŞ-dan Azərbaycana DƏSTƏK
İQTİSADİYYAT 21:28 / 13.09.2018

ABŞ Azərbaycana aid "Şahdəniz" yatağından Avropaya təbii qazı nəqledıcı boru kəməri layihəsini dəstəkləyir.

Unikal.org-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın energetika naziri Rik Perri keçirdiyi brifinqdə bildirib.

"Biz rəqabət tərəfdarıyıq. Odur ki, Azərbaycan təbii qazının Xəzər regionundan Avropaya nəqli üçün başqa bir boru kəmərinə də dəstək verdiyimizi təsdiqləmək istəyirəm”, – deyə Perri bildirib.

ABŞ rəsmisiRusiyanın həyata keçirdiyi "Şimal axını-2” layihəsinə avropalıların alternativ görmək istədiklərini qeyd edib.

"Bu barədə çox söhbətlər eşitmişəm", - deyə o əlavə edib.