1986-ci il oktyabrın 5-də "The Sunday Times" qəzetində çıxan İsraillə bağlı xəbər dünyanıə çalxaladı. 1986-cı ilə qədər Yaxın Şərqdə sakit ölkə imici qazanan İsrail bir anda nüvə silahına sahib gücə çevrilmişdi. Qəzet məqaləsində İsrailin nüvə silahına malik olduğunu elan etdi və bunun sübutu kimi fotolar yayımladı. İsrailin nüvə silahına malik olması haqda informasiya yayıldıqdan sonra "Mossad" hərəkətə keçərək bu informasiyanın kim tərəfindən sızdırılmasını araşdırmağa başladı.

Araşdırma zamanı aydın oldu ki, bu informasiyanı mətbuata çıxaran şəxs yəhudi gəncdir. Beləcə yəhudi gənc Mordexay Vanunu dünya üçün qəhrəman, İsrail üçün vətən xaini oldu.

Unikal.org teleqraf-a istinadən həmin illərdə dünyada səs-küyə səbəb olan bu olayın detallatını oxuculara təqdim edir:
İsrail ordusunda 3 il hərbi xidmət keçdikdən sonra Ben Gurion Universitetində fəlsəfə fakultəsində təhsil alan Vanunu 1976-cı ildə İsrailin Nəcəf çölündə Dimona Nüvə Araşdırmaları Mərkəzinə işə düzəlmək üçün müraciət etdi.

Qısa müddət ərzində Vanunu haqqında araşdırma aparıldı, onunla bağlı informasiyalar təmiz çıxdı. Vanuni Nüvə Araşdırmaları Mərkəzinə texniki işçi kimi işə qəbul edildi. Bir müddət burada işlədikdən sonra Nüvə Araşdırmalar Mərkəzində nüvə bombasının olduğunu, fəaliyyətin də buna uyğun qurulduğunu öyrəndi. Bundan sonra Vanunu daxilən narahatçılıq hiss etməyə başladı. Burada gördükləri onu sıxmağa başladığında 60-a qədər foto çəkdi. 1985-ci ildə Vanunu işdən çıxarıldı. O, buna görə çox sevindi. Dünyanın bir çox ölkəsinə tətilə gedən Vanunu əlində olan fotoları və informasiyanı qiymətləndirmək haqqında düşünərkən, təsadüfən "The Sunday Times" qəzetinin müxbiri Peter Hounamla tanış oldu. Vanunu jurnalistə əlində olan foto və informasiyalardan bəhs etdi. "The Sunday Times" bu haqda foto və xəbəri çap etdikdə dünyanın İsrailə reaksiyası sərt oldu.

"Mossad"ın bal əməliyyatı: xain cəzasını almalıdır

İsrail kəşfiyyatı dərhal işə başladı. "Mossad" agentləri xaini həbs etmək üçün işə keçdi. Lakin İsrail hökumətinin bu illərdə İngiltərə Baş naziri Tetçer iqtidarı ilə münasibətləri çox yaxşı idi. "Mossad"ın İngiltərə ərazisində həyata keçirəcəyi məxfi əməliyyat sonradan hökumətlər arasında münasibətləri pisləşdirə bilərdi. Odur ki, "Mossad" filmlərə ssenari olacaq bir əməliyyat qərarı verdi. Vanunu nəyin bahasına olursa-olsun, İngiltərədən çıxarılmalı, başqa bir dövlətə getməli idi.

Bunu həyata keçirəcək şəxs isə Ceri Bentov adlı qadın agent ola bilərdi. Bentov dərhal amerikalı turist qiyafəsində Londona girdi. Amerikalı "turist" gözəlçə qısa müddətdə Vanununu özünə aşiq etdi. Tətil üçün onu İtaliyaya getməyə razı salan Bentov beləcə onun sonunu hazırlamış oldu. Böyük istək və enerji ilə Romaya əylənməyə gələn Vanunu sevgilisi Bentov tərəfindən dərmanla yatırıldı. O oyandıqda artıq çox gec idi. Özünə gələn Vanunu İsrailə necə gətirildimyindən xəbərsiz idi. O, sonralar bu barədə bunları deyib: "Başıma gələnlərin ortaya çıxmaması üçün hər şey etdilər. Məni unutdurmağa çalışdılar. İsrailin nüvə silahına malik olduğunu açıqlayan an əslində buna hazır olmalı idim. Çünki "Mossad" məni bağışlamayacaqdı".
Dünya mətbuatı, beynəlxalq təşkilatlar onun başına gətirilənlərdən illər sonra xəbər tutdu. Ona qədər isə Vanuni Aşkelon həbsxanasında taleyinin ən ağır günlərini yaşadı. O, həbs edildikdən düz 18 il sonra - 2004-cü ildə azadlığa buraxıldı, 5 il sonra yenidən həbs edildi.

Bal tələsi və ya Ceri Bentov kimdir?

Ceri Bentov dünya tarixinin ən uğurlu 10 qadın casusundan biri kimi təqdim edilir. Bentov iştirak etdiyi 37 əməliyyatın hər birində uğur əldə edib. İsrailə xəyanət edən 21 nəfəri tələyə salan və sonunu hazırlayan Bentov oynadığı müdhiş rollarla "Mossad" ın özünü belə təəccübləndirib. Əsl adı Sindi Hanin olan "Mossad" agentinin özəlliyi silahdan istifadə etməməsi olub. Yalnız 5 əməliyyat zaman silahına əl atıb, lakin tətiyi çəkməyib. Onun "Mossad" a işə götürülmə tarixi xüsusilə maraqlıdır.

Təl-Əvivdə toy zamanı Ofer Bentov adlı şəxslə tanış olan Sindi ona aşiq olur. Sonrakı günlər Sindini kafeyə dəvət edən Ofer Sindi Haninidən keçmişini öyrənir. Ardınca "Mossad" analitiki Sindiyə agentlik təklifini edir, sonucu isə təklifi qəbul edir. Testlərdən keçirilən qadın təmiz çıxdıqdan sonra "Mossad"a yolu açılır. Test zamanı "istəmədiyin bir kişi ilə cinsi əlaqəyə girə bilərsən" sualına "Ölkəm naminə girərəm" cavabını verən Sindi hazırda 50 yaşındadır və ABŞ-da mülkiyyət biznesi ilə məşğul olur.

Sonradan o da aydın olub ki, Vanunu "The Sunday Times" qəzetindən əvvəl başqa bir qəzetlə əlaqə qurub. Avstraliyada kolumbiyalı jurnalist Guerrero ilə əlaqə saxlayan Vanunu sonradan istəyindən vaz keçib. Guerrero isə fotoların sürətini məşhur ingilis dərgisi "Daily Mirror"a verib. Burada isə Daily Mirror"un sahibi Maksvell Vanuninin xəbəri olmadan fotoları İsrailə göndərib. Məhz bu andan etibarən Vanunu üçün vəziyyət pisləşib. Bu hadisədən 5 il sonra "Daily Mirror"un sahibi sirli bir formada öldürülüb.