"Realın və İspaniya yığmasının sabiq baş məşqçisi Visente Del Boske, futbolçu karyerasına başlayan Useyn Bolt haqda fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, Del Boske məşhur atletin cinahlarda oynamasının daha uyğun olacağını bildirib. 67 yaşlı mütəxəssis İspaniya mətbuatına açıqlamasında belə deyib:

"Boltun çox yaxşı istedadı var. Amma cinahlarda oynasa, daha yaxşı olar. Çünki qaçmaq üçün kifayət qədər boş yer tapacaq. Orda bacarıqlarını daha yaxşı göstərə bilər. 32 yaşında futbolçu karyerasına başlamaq normal deyil. Çünki texniki cəhətdən tez uyğunlaşa bilərsiz, ancaq fiziki baxımdan çox da yaxşı vəziyyətdə olmursuz. Hər oyun Boltun daha yaxşı olacağına inanıram.

Məşhur atlet, dünya və olimpiya çempionu Useyn Bolt Avstraliyanın "Sentral Kost Mariners klubuna transfer olunub.