Xəbər verdiyimiz kimi, 1 yanvar 2017-ci il tarixindən Azərbaycanda əhali və qeyri-əhali üzrə təbii qazdan istifadəyə görə limit tətbiq olunub. Limit təbiq olunan obyektlər arasında Azərbaycanda fəaliyyət göstərən məscidlər də var. Belə ki, "Azəriqaz tərəfindən məscidlərə il ərzində 5 min kub/metr təbii qazdan istifadə limiti tətbiq olunub.

Unikal.org-a daxil olan məlumata görə, Azərbaycanda təbii qazdan istifadə limitini keçən bəzi məscidlərin qaz borcu ödənilmədiyinə görə, qaz təchizatı dayandırılıb və bəzilərinə isə xəbərdarlıq edilib. Bunun üçün məsciddə axund və ya imamları qaz borclarını ödəmək üçün iaənələr yığmağa başlayıb və dindarlara müraciət də ünvanlayıblar.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Unikal.org-a açıqlamasında bildirib ki, bu ilin yanvar-avqust ayları üzrə Dini Qurumlarla İş Üzrə  Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsindən qeydiyatdan keçən 512 məscid və dini məbədlər qazla təchiz olunub.

İ.Kərbəlayev xatırladıb ki, "Azəriqaz tərəfindən məscidlərə il ərzində 5 min kub/metr təbii qazdan istifadə limiti tətbiq olunub: "İstifadə limiti keçən və qaza görə borcu olan hər hansı bir məscidin rəhbərliyi nə məhkəməyə verilib, nə də qaz təchizatı dayandırılıb. Əgər hansısa məscidin qaz borcuna görə, qaz təchizatı dayandırılıbsa, sözügedən dini məbədə rəhbərlik edən müvafiq şəxs və yaxud şəxslər "Azəriqaza müraciət edə bilərlər. Məsələyə dərahal reaksiya veriləcək.