20 Noyabr 2018
Bakıda FACİƏ: Qadın oğlunun və ərinin məzarı üstündə öldü
HADİSƏ 16:13 / 14.09.2018
Bakıda qəbiristanlıqda ölüm hadisəsi baş verib.

Unbikal.org publika.az-a istinadən xəbər verir ki, paytaxt sakini Nəsibova Nəcibə Əli qızı Badamdar qəsəbəsi ərazisində qəfil vəfat edib.

Belə ki, dünən məzarlıqda həyat yoldaşı və oğlunun qəbrini ziyarət edən qadının halı orada pisləşib və o, hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, N.Nəsibova ürək tutmasından vəfat edib.

Araşdırma aparılır.