2018-ci ilin yanvar-iyun ayları üzrə tədiyyə balansının ümumi profisiti 1.7 mlrd. ABŞ dolları təşkil edib.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında deyilir.
Məlumata görə, bu həm neftin qiymətinin 40% bahalaşması, həm də Cari Əməliyyatlar Balansında (CƏB) yaranmış müsbət tendensiyalar hesabına baş verib. CƏB-də 3.5 mlrd. dollalıq profisit yaranıb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nisbətən 25.7% (564 mln.dollar) artaraq 2.8 mlrd. dollar olub.