Prezident İlham Əliyev "Azərbaycan qəzetinin əməkdaşlarına "Əməkdar jurnalist fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Azərbaycan qəzetinin aşağıdakı əməkdaşlarına "Əməkdar jurnalist fəxri adı verilib:
Cavadov Seyran Qubad oğlu
Əzizli Bəxtiyar Məhərrəm oğlu
Hüseynli İxtiyar Kərim oğlu
Quliyev Lazım Məmmədqulu oğlu.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Azərbaycan qəzetinin aşağıdakı əməkdaşları "Tərəqqi medalı ilə təltif edilib:
Cəfərov Rəşad İslam oğlu
İmanquliyev Bahadır Bəkir oğlu
Mütəllibov Rüstəm Kamal oğlu
Vəliyev Elçin Vaqif oğlu.