SON XƏBƏRLƏR
24 Sentyabr 2018
Neftin qiyməti ucuzlaşacaq - PROQNOZ
İQTİSADİYYAT 20:31 / 14.09.2018
Rusiya neftin qiymətinin 2020-2021-ci illərdə mərhələli şəkildə ucuzlaşacağını nəzərdə tutur.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina deyib. Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankı 2020-2021-ci illərdə neftin bir barrelinin qiymətinin 55 dollara düşəcəyini proqnozlaşdırır:

"Biz təklif və tələbatın mövcud balansını nəzərə alaraq neftin qiyməti üzrə proqnozu dəyişdik. 2020-2021-ci illərdə neftin bir barrelinin qiymətinin tədricən 55 dollar səviyyəsinə düşəcəyini nəzərdə tuturuq”.