20 Noyabr 2018
Bəxtiyar özünü bıçaqladı
KRİMİNAL 22:37 / 14.09.2018
Şəki şəhərində yerli sakin özünə bıçaqla xəsarət yetirib.

Unikal.org-un report-a  istinadən məlumatına görə, hadisəni axşam saatlarında yaşadığı evdə 1982-ci il təvəllüdlü yerli sakin Cəlilov Bəxtiyar Vaqif oğlu törədib.
O, ayağından aldığı bıçaq yarası ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, ilkin tibbi müayinədən sonra xəstəxanada qalmaqdan imtina edərək oradan çıxıb. B.Cəlilovun bunu hansı səbəbdən etdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.