SON XƏBƏRLƏR
25 Sentyabr 2018
Şamaxıda 15 yaşlı oğlanı maşın vurub öldürdü
HADİSƏ 23:53 / 14.09.2018

Şamaxıda piyadanı avtomobil vurub.

Unikal.org   oxu.az-a istinadən xəbər verir ki, hadisə Şamaxı - Göylər - Padarçöl avtomobil yolunda baş verib.

Avtomobil yoldan keçən piyada, Şamaxı rayon Quşçu kənd sakini, 2003-cu il təvəllüdlü İsmayılov Müraciət Rza oğlunu vurub. Ağır xəsarət alan M. İsmayılov yol polisi əməkdaşları tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Cərrahiyə şöbəsinə yerləşdirilən M. İsmayılovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstaxanada vəfat edib.

Hadisəni törədən avtomobilin sürücüsü isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.