Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub.

Unikal.org xəbər verir ki, qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Təqdim olunma zamanı Ərdoğan Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşən zamanı onu İlham Əliyevə göstərərək "tanış deyiliz" ifadəsi nümayəndə heyəti ilə bərabər, prezidentlərin də gülüşünə səbəb olub.