"Nitsanın futbolçusu Mario Balotelli İtaliyada özünə olan münasibətdən danışıb.

Unikal.org xəbər verir ki, Balotelli vətənində ona nifrət etdiklərini vurğulayıb. O, A seriyasına da məhz bu səbəbdən qayıtmadığını deyib:

"İtaliyada mənə nifrət edənlərin şərhlərini oxumaq və görmək xoşdur. Ümid edirəm ki, işlərim qaydasında gedəndə də onlar mənə nifrət edəcək, dəstək olmayacaqlar. Belə daha yaxşıdır - daim bir yolla getmək lazımdır, nifrət ardıcıl olmalıdır.

A seriyasına qayıtmaq istəmirdim və bunun da real səbəbi vardı. Düşünürəm ki, indi hər şey aydındır.

Fransa mətbuatının məlumatına görə, boyu 189 sm olan Balotellinin çəkisi hazırda 100 kq-a yaxındır. Ancaq Liqa 1-in saytında onun çəkisi 88 kq göstərilib.