Xaçmaz rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xudat şəhər sakini Turan Xudiyev və Quba rayon sakini Cavid Nəcəfov saxlanılıblar.

Onlar Xaçmaz rayonunun Müzəffər oba kəndi ərazisində yaşayan Fikrət Əsgərova məxsus bağ sahəsindən 1 baş inək oğurlamaqda şübhəli biliniblər.

İstintaq müəyyən edib ki, saxlanılan şəxslər əvvəllər məhkumluq həyatı yaşayıblar.

Faktla bağlı cinayət işi başlanıb.