"Napolinin prezidenti Aurelio De Laurentis daha bir kluba sahib olmaq niyyətindədir.

Unikal.org xəbər verir ki, Laurentis Xorvatiyanın məşhur klubu "Hayduku almaq istədiyini bəyan edib. "Hayduk maliyyə problemi ilə üzləşib. Klub hazırda azarkeşlərə məxsusdur. Laurentis belə deyib: "Mənə şans verin, "Hayduku alım.

Laurentisin bu açıqlamasına Neapolun meri Luici De Macistris ironiya ilə cavab verib: "Yaxşı olardı ki, o, daha bir futbolçu alsın.

Onu da qeyd edək ki, Laurentis bir müddət əvvəl İtaliyada başqa bir klubu - "Barini də alıb.