"Qarabağın Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Sportinq" (Portuqaliya) UEFA tərəfindən cəzalandırılıb.

Unikal.org Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin ilk matçında "köhlən atları qonaq edəcək "Sportinqin ev oyunlarını keçirdiyi "Joze Alvalade stadionunda 3 min yer boş qalacaq.

Keçən mövsüm Avroliqanın 1/4 final mərhələsinin "Atletiko ilə cavab matçında (1:0) azarkeşlər oyunun hakimlər briqadasını yad cisimlərlə "atəşə tutduğundan, UEFA azarkeşlərin olduğu sektorların 1 oyunluq bağlanmasına qərar verib.

"Sportinq klubu bununla bağlı azarkeşlərinə müraciət edib: "Klubun bütün üzvləri və azarkeşlər tam olaraq anlamalıdırlar ki, kobud hərəkətlər komandamıza ciddi zərər verə bilər.

Sentyabrın 20-də keçiriləcək "Sportinq - "Qarabağ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.