Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, rayonun Şiştəpə kəndi ərazisi ilə hərəkətdə olan "Mercedes" və "VAZ-2107" markalı iki avtomobilin toqquşması nəticəsində sonuncu maşında olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onlardan biri tibbi yardımlara baxmayaraq, keçinib. Digər yaralının vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.