Bakıda ata küçədə azyaşlı övladını döyüb.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu Seyid Əzim Şirvani küçəsində baş verib.Belə ki, ata küçədə ətrafdakılardan çəkinməyərək uşağını döyməyə başlayıb.Hadisə şahidlərinin sözlərinə görə, ata övladının qışqırmağına və ağlamağına məhəl qoymadan onu döyüb.Hadisə yerinə polislərin gəlməsindən sonra ata öz çirkin əməlinə son qoyub.

Famil Fərhadoğlu