Ağsu rayonunda yol qəzası baş verib.

FHN-dən Unikal.org-a verilən məlumata əsasən, rayonun Daşdəmirbəyli kəndində "VAZ və "Toyota markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və sərnişin, 1960-cı il təvəllüdlü Məmmədov Əlifağa Qardaşalı oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.-‹