Premyer Liqanın 5-ci turunda səfərdə "Uotforda qalib gələn "Mançester Yunaytedin qapıçısı De Xea qələbədə böyük pay sahibi olub.

Unikal.org xəbər verir ki, De Xea bir neçə inanılmaz seyvlə yadda qalıb. Oyundan sonra "Uotfordun qapıçısı Ben Foster də həmkarının haqqında danışıb:

" De Xea qapıçıların Messisidir. O, artıq uzun illərdir ki, dünyanın ən yaxşı qapıçıları arasındadır. Hazırda isə fantastik formadadır.

Onun çox vacib məqamlarda etdiyi seyvlər insana ruh verir. Gənc qapıçılardan kimsə əsl qolkiperin necə inkişaf etdiyini bilmək istəyirsə, De Xeaya baxmalıdır.