"AAC Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) "Avesta Konserni MMC-ni məhkəməyə verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "AAC pul barədə tələb irəli sürüb.

Tələb olunan pulun məbləği açıqlanmır.

Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan "Avesta Konserni MMC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olan "Avesta Konserninin sahibi Hacı İbrahim Nehrəmlidir (İbrahimov).

"Synergy Group ASC-nin təsis etdiyi "AAC MMC Azərbaycanda və Cənubi Qafqazda "Gobustone brend adı ilə məsaməli qazobeton blokların istehsalçısıdır.