Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Çin Xalq Respublikasının Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.

Çinin Sinxua xəbər agentliyinin Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə yaxşı əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı Sinxua xəbər agentliyinin baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən sonra bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Çin-Azərbaycan əlaqələrinin çox uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfərini məmnunluqla xatırlayaraq həmin səfərin çox yaxşı nəticələr verdiyini vurğuladı. İki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün çox yaxşı imkanların olduğunu qeyd edən dövlətimizin başçısı qarşılıqlı ixracın artırılması üçün əməli işlərin aparıldığını dedi. Turizm sahəsində də əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu bildirən Prezident İlham Əliyev dedi ki, Çin vətəndaşları Azərbaycana elektron viza vasitəsilə rahat gələ bilərlər. Dövlətimizin başçısı turizmin inkişafında xəbər agentliklərinin və mətbuatın böyük rolunu qeyd etdi. Prezident İlham Əliyev ölkələrimizin, eyni zamanda, nəqliyyat sahəsində uğurlu əməkdaşlıq etdiyini, Çindən Azərbaycan ərazisindən dünya bazarlarına çıxarılan məhsulların sayının və həcminin artdığını vurğuladı.

Qəbula görə Çin nümayəndə heyəti adından dövlətimizin başçısına minnətdarlığını bildirən Sinxua xəbər agentliyinin baş redaktoru Hi Pinq bunu Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi çox böyük önəmin göstəricisi kimi dəyərləndirdi. Hi Pinq Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi. Sinxua xəbər agentliyinin baş redaktoru, öz növbəsində, bildirdi ki, 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü və orada imzalanan əməkdaşlıq sazişləri əlaqələrimizin inkişafına çox böyük təkan verib. O qeyd etdi ki, iki ölkənin dövlət rəhbərlərinin fəaliyyəti nəticəsində son illər Azərbaycan-Çin münasibətlərinin inkişafı uğurla davam edir. Ölkəmizdə keçirdiyi görüşlərdən danışan Hi Pinq Sinxua ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək bu əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğuladı.

Qonaq Azərbaycanda çalışan Çin şirkətlərinin fəaliyyəti ilə yaxından tanış olduqlarını da məmnunluqla qeyd etdi. Sinxua xəbər agentliyinin baş redaktoru Çinin "Bir kəmər-bir yol təşəbbüsü çərçivəsində ölkələrimiz arasında münasibətlərin daha sürətlə inkişaf etdiyini bildirdi.

12:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Çin Xalq Respublikasının Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org  xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.