Prezident İlham Əliyev Çili Prezidenti Sebastian Pinyeraya təbrik məktubu göndərib.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Çili Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və tərəqqi diləyirəm".