Lənkəran rayonunun Havzova kəndində 1 nəfər su quyusuna düşüb.

Bu haqda Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, hadisə yerinə cəlb olunmuş Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 2002-ci il təvəllüdlü Şirizadə Rameş Xamməd oğlunun meyitini dərinliyi 16 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.