Bakıda baş verən nol-nəqliyyat hadisəsi zamanı avtomobil aşıb.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu Landau küçəsində olub. Vergilər Nazirliyinin arxasındakı küçədə "Mercedes C Klass" markalı avtomobillə dövlət qeydiyyat nişanı 90-BO-002 olan "Nissan" markalı maşın toqquşub. Zərbənin təsirindən "Nissan" markalı avtomobil aşıb. Nəticədə hər iki sürücü xəsarət alıb.

Famil Fərhadoğlu