"Beşiktaşın portuqaliyalı futbolçusu Rikardo Kuarejma şəxsi həyatı və başına gələn hadisələrlə bağlı açıqlamalar verib.

Unikal.org xəbər verir ki, 34 yaşlı futbolçu ölkəsində kanalların birində qonaq olduğu verilişdə yaşadığı çətinliklərdən danışıb:

Təbiətcə hər zaman şübhəci insanam. Mənim üçün ailə çox vacibdir. Bir də oynadığım klublar. "Portu hər zaman sevəcəyim və hörmət edəcəyim klubdur. Lakin Portuqaliyada mənə layiq olduğum hörməti və dəyəri göstərmədilər.

Meydanda və məktəbdə hədəf hər zaman mən olurdum. Bir dəfə məktəbdə bir uşaq itmişdi. Bəzi uşaqlar "ancaq sən edə bilərsən demişdilər. Gənc olarkən, mənim istedadlı olduğumu deyərdilər, amma eyni zamanda, hansısa uğura çata bilməyəcəyimi də deyərdilər. Belə sözlər hər zaman mənə güc verirdi.

2012-ci ildə hücuma məruz qaldım, 3 silah mənə yönəlmişdi. O an təkcə qorxuma deyil, özümə də nəzarət etməliydim. Tərs bir hərəkət etsəydim, bu gün yaşamırdım. Mən həmin an ölümdən döndüm.