Şirvanda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Unikal.org "Reporta istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi şəhərin G.Şıxbalaoğlu küçəsində baş verib.

"Mercedes markalı avtomobillə "QAZ 31 markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb.

"QAZ 31 markalı avtomobildə olan sürücü və sərnişin -Şirvan sakinləri, 1961-ci il təvəllüdlü Həsənov Qərib Qüdrət oğlu və 1963-cü il təvəllüdlü Həmzəyev Cavanşir Mirzə oğlu Şirvan şəhər xəstəxanasına çatdırılıb. Birincinin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.