Rusiya Prezidenti Vladimir Putin Suriyada "İl-20 təyyarəsinin qəzası zamanı həlak olmuş hərbçilərin doğmalarına və yaxınlarına, habelə xidmət yoldaşlarına başsağlığı verib.

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Bu arada Rusiyanın müdafiə naziri Sergey Şoyqu İsrailli həmkarı Aviqdor Libermanla danışıb. Nazir hadisəyə görə, İsraili günahlandırıb və bunun cavabsız qalmayacağını dilə gətirib:

"Rusiya İsrailə qarşı cavab addımları atmaq hüququnu özündə saxlayır. Rus təyyarəsinin vurulması və nəticədə ekipaj üzvlərinin ölümündə günahgar İsrail tərəfindədir". 

Şoyqu xatırladıb ki, Moskva dəfələrlə İsraili Rusiyanın hərbçilərini təhdid etməyə, Suriyaya vurmaqdan çəkinməyə çağırdığını dilə gətirib. 

Xatırladaq ki, sentyabrın 17-də Rusiyaya məxsus "İl-20 təyyarəsi Suriyanın Hmeymim aviabazasına qayıdarkən Aralıq dənizi sahillərindən 35 kilometr məsafədə təyyarə ilə əlaqə kəsilib.

RF Müdafiə Nazirliyindən verilən məlumata görə Rusiya təyyarəsi İsrail Hərbi Hava Qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində vurulub. Rusiyanın 15 hərbi qulluqçusu həlak olub.

RF Müdafiə Nazirliyində bildiriblər ki, nazir Sergey Şoyqu İsrailin müdafiə naziri Aviqdor Liberman ilə telefon söhbəti zamanı Rusiyanın İsrailə münasibətdə cavab addımları atmaq hüququnu saxladığını vurğulayıb.